Azərbaycan və Ermənistan XİN başçılarının görüşü başlayıb

   Azərbaycan və Ermənistan XİN başçılarının görüşü başlayıb
  07 Noyabr 2022    Oxunub:737
ABŞ-ın paytaxtı Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və ermənistanlı həmkarı Ararat Mirzoyanın görüşü başlayıb.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi tviterdə məlumat yayıb.

"Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın ikitərəfli görüşü başlayıb", - məlumatda bildirilib.





AzVision.az



Teqlər:





Xəbər lenti