DTX-nin Zəfər Günü ilə bağlı təbriki - VİDEO

Videoçarxda Azərbaycan Ordusunun döyüş meydanında düşmənə sarsıdıcı zərbələr vurmasını, Ermənistan ordusunun bölmələrinin darmadağın edilməsini, işğaldan azad olunan ərazilərdə Azərbaycan Respublikasının üçrəngli dövlət bayrağının ucaldılmasını, müharibədə “Dəmir yumruq” kimi sarsılmaz birlik sərgiləyən əzmkar xalqımızın Qələbə coşqusunu əks etdirən görüntülər yer alıb. Xüsusi vurğulamaq lazımdır ki, ömrünün 25 ilini milli təhlükəsizlik orqanlarında xidmətə həsr etmiş ulu öndər Heydər Əliyevin layiqli irsini uğurla davam etdirən Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçuları Vətən müharibəsində doğma torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə yüksək vətənpərvərlik, rəşadət və qəhrəmanlıq nümunələri göstəriblər.
AzVision.az
Teqlər: