“Azərbaycan və Ermənistanın XİN başçıları substantiv danışıqlarda iştirak edirlər” - Toivo Klaar

   “Azərbaycan və Ermənistanın XİN başçıları substantiv danışıqlarda iştirak edirlər” -    Toivo Klaar
  08 Noyabr 2022    Oxunub:674
"Azərbaycan və Ermənistan xarici işlər nazirləri ikitərəfli sülh müqaviləsi üzrə substantiv danışıqlar prosesində iştirak edirlər".
AzVision.az xəbər verir ki, bunu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar tviter səhifəsində yazıb.

"Dünən ABŞ-ın paytaxtı Vaşinqtonda Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında mühüm görüş baş tutub. Sevindirici haldır ki, Ararat Mirzoyan və Ceyhun Bayramov ikitərəfli sülh müqaviləsi üzrə substantiv danışıqlar prosesində iştirak edirlər”, - diplomat vurğulayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti