Dənizkənarı Milli Parkda Zəfər Günü münasibətilə atəşfəşanlıq keçirilib

Dənizkənarı Milli Parkda Zəfər Günü münasibətilə atəşfəşanlıq keçirilib
  08 Noyabr 2022    Oxunub:870
Dənizkənarı Milli Parkda Zəfər Günü münasibətilə atəşfəşanlıq keçirilib.
AzVision.az xəbər verir ki, Milli Parkda Zəfər Günü münasibətilə bayram konserti atəşfəşanlıqla davam etdirilib.

Qələbə sevincini paylaşmaq üçün milli parka axışan paytaxt sakinləri ilə yanaşı, Bakının qonaqları da konserti böyük maraqla izləyiblər.

Bayram konsertindən sonra keçirilən atəşfəşanlıq qalib ölkənin və gündən-günə gözəlləşən Bakının səmasını al-əlvan rənglərə boyayıb. Möhtəşəm atəşfəşanlıq on minlərlə insan tərəfindən xüsusi coşqu ilə qarşılanıb.

Zəfər Günü yalnız ölkəmizdə deyil, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız tərəfindən böyük qürur və sevinc hissləri ilə qeyd edilir.

AzVision.az



Teqlər:





Xəbər lenti