Gəncədə 80 minlik dəzgah, Bakıda 25 min dollar oğurlanıb

Bildirilib ki, Gəncə Şəhər Baş Polis İidarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində yerləşən həyətyanı sahədən 80 000 manat dəyərində 6 ədəd daş kəsən dəzgah, 2 ədəd dəmir çardaq və 150 metr naqil oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini X.Əhmədova saxlanılıb.
DİN-in digər məlumatına görə, Bakıda evdən 25 min dollar oğurlanıb.
Qeyd olunub ki, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 25000 dollar və 200 avro oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini S.Əliyev saxlanılıb.
AzVision.az
Teqlər: Oğurluq