Niaqara bayrağımızın rəngləri ilə işıqlandırıldı - VİDEO

“Qafqazinfo” xəbər verir ki, Niaqara şəlaləsinin Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılması Ermənistan ictimaiyyətində narahatlığa səbəb olub. Hətta erməni mediasında bununla bağlı yazılar da paylaşılıb.
“Həmin vaxt Ermənistanın ABŞ-dakı səfirliyinin nəyə baxması ayrıca müzakirə mövzusudur”, - deyə yazıların birində qeyd olunub.
Xatırladaq ki, son illər Niaqara şəlaləsi Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanın Dövlət bayrağının rəngləri ilə işıqlandırılır.
AzVision.az
Teqlər: