Azərbaycanda mayor ürəktutmasından vəfat etdi - FOTO +YENİLƏNİB

   Azərbaycanda mayor ürəktutmasından vəfat etdi -    FOTO +YENİLƏNİB
  10 Noyabr 2022    Oxunub:1151
"Azərbaycan Ordusunun hərbi qulluqçusu Baxışov Cavan Cavanşir oğlunun məzuniyyətdə olarkən noyabrın 9-u axşam saatlarında ürək çatışmazlığından vəfat etməsi ilə bağlı məlumatı təsdiq edirik".
Bu barədə AzVision.az-a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, faktla bağlı araşdırma aparılır: "Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir!"

***
Müdafiə nazirliyinin zabiti ürəktutmasından vəfat edib.

AzVision.az "Unikal" a istinadən xəbər verir ki, bu barədə onun hərbçi dostu məlumat verib. Bildirilir ki, məzuniyyətdə olan Cavan Baxışov mayor idi.

O, bu gün ikinci Fəxri Xiyabanda dəfn olunacaq.

Hərbçi Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilib.



AzVision.az


Teqlər:





Xəbər lenti