“Gündə bir nazir müavinini çıxarıb o birisini qoyurlar”

“İki dövlət arasında savaş təkcə cəbhədə getmir. İki ölkə arasında savaş mədəniyyət, iqtisadiyyat və digər sahələrdə gedir. Mədəniyyət bu cəhbələrdən biridir. Ona hökmən ciddi yanaşmaq lazımdır”, - deyə deputat qeyd edib.
O vurğulayıb ki, Prezident 4 il əvvəl büdcənin nəticəyə hesablanması təklifini irəli sürüb:
“Təəssüflər olsun ki, büdcə layihəsində o nəticələr yoxdur. Mədəniyyət Nazirliyinə verilən maliyyənin nəticəsi tələb olunmadığına görə, gündə bir nazir müavinini çıxarıb o birisini qoyurlar. Əgər vəsaitin necə xərclənməsi qeyd olunubsa, Mədəniyyət Nazirliyində necə oğurluq ola bilər?”.
AzVision.az
Teqlər: