"Twitter"in işçilərinə evdən işləmək qadağan edildi

  "Twitter"in işçilərinə evdən işləmək qadağan edildi
  10 Noyabr 2022    Oxunub:1149
"Twitter"in yeni sahibi İlon Mask işçilərinə məsafədən işləməyin başa çatması barədə ilk məktubu göndərib.
AzVision.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Məktubda qeyd edilib ki, uzaqdan işləmək barədə istisna hallara özü razılıq verməyi çıxmaqla işçilər həftədə ən azı 40 saat ofisdə olacaqlar.

Qeyd edək ki, Mask oktyabrın 27-də "Twitter"i almaq üçün 44 milyard dollarlıq müqavilə bağlayıb. Oktyabrın 31-də ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasının məlumat bazasında yerləşdirilən sənədlərə görə, milyarder şirkətin Direktorlar Şurasını buraxmağa hazırlaşır. Mask "Twitter"i aldıqdan dərhal sonra şirkət rəhbərliyinin bir sıra üzvlərini işdən çıxarıb. Daha sonra onun işçilərini yarıya qədər ixtisar edəcəyi barədə məlumat yayılmışdı.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti