Raketin yaşadığı binaya düşməsi nəticəsində baş verən partlayışda gözlərində toz və şüşə qırıntılarının qaldığını deyən Kurilo ən qısa zamanda əməliyyat olunacağını bildirib.
"Əməliyyat olunmalı idim, lakin Ukraynadakı xəstəxanaların heç biri məni qəbl etmədi. İngilis mətbuatı sayəsində Polşada 3 dəfə əməliyyat olundum. Londonda daha bir əməliyyat keçirəcəm, bundan sonra görməm 50 faiz bərpa olunacaq", Kurilo əlavə edib.

Kurilo Rusiyanın Ukraynanı işğal etməzdən əvvəl xəbərləri izlədiyini, Putinin zarafat etmədiyini başa düşdüyünü, lakin bunun baş verməyəcəyinə inandığını vurğulayıb.
"Bombardmanları eşitdiyim gün "başladı" dedim. Biz bunun yuxu olduğuna inanmaq istəyirdik və XXI əsrdə Avropada belə bir şeyin ola biləcəyinə inana bilmirdik".

Olena Kurilo hücumların ilk dəqiqələrindən Ukrayna xalqının “sarsılmaz ruhu” və “motivasiyası” ilə bu müharibədə qalib gələ biləcəyinə “tam şübhəsiz” inandığını deyib:
"Biz qalib gəlsək, Putin daha irəli gedə bilməyəcək, çünki onun buna nail olmaq üçün resursları olmayacaq. Bu qələbə hamı üçün vacibdir və inanıram ki, insanlar bunu başa düşürlər. Bizim qələbəmiz Putinə qarşıdır",
Kurilo həyatının tamamilə dəyişdiyini və heç vaxt Avropada yaşayacağını düşünmədiyini bildirib. Müharibənin başlaması ilə yaxın adamların onlara dəstək vermədikləri üçün birdən-birə uzaqlaşdıqlarını deyən Kurilo, çoxlu sayda ukraynalı və ya onların qohumlarının Rusiyada yaşadığını və hazırda iki fərqli tərəfdə olduqlarını bildirib.
“Ümid edirəm ki, bir gün onlar həyatda nəyin vacib olduğunu başa düşəcəklər”, - Kurilo bildirib. Digər tərəfdən, Kurilo əvvəllər tanımadığı insanların yaxınlaşdığını və onunla dostluq etdiyini bildirib: "Bu dostluqların uzun müddət davam etməsini istəyirəm. Əgər onlar olmasaydı, başıma burada nə gələcəkdi, bilmirəm".

AzVision.az