"Twitter" iflas edə bilər" - Mask
Agentliyin məlumatına görə, bir müddət əvvəl İlon Mask şirkət əməkdaşlarına bir sıra sərt xəbərdarlıqlar edib. İşçilərin 80 saatlıq iş həftəsinə hazırlaşmalı olduqlarını və pulsuz yemək verilməsi kimi güzəştlərin kəsiləcəyini deyib. Bundan əlavə, Mask işçilərə evdən işləməyi qadağan edib.
"Twitter"in maliyyəsi və şirkətin gələcəyi haqqında danışan sahibkar reklam verənin çıxmasını nəzərə alaraq, təcili olaraq "Twitter Blue"nun 8 dollarlıq ödənişli variantını insanların ödəməyə hazır olacağı məhsula çevirməyin lazım olduğunu söyləyib. Maskın idarəetmə tərzinə bələd olan "Bloomberg" mənbəsinin sözlərinə görə, milyarder keçmişdə işçiləri motivasiya etməyə çalışmaq üçün maliyyə itkisi təhlükəsindən istifadə edib.
Teqlər: