Azərbaycanda İİV-dən 1234 nəfər ölüb - Rəsmi

   Azərbaycanda İİV-dən 1234 nəfər ölüb -    Rəsmi
  11 Noyabr 2022    Oxunub:726
2022-ci ilin III rübünün sonuna olan məlumata əsasən Respublika QİÇS-lə Mübarizə Mərkəzində 8425 İİV-lə yaşayan Azərbaycan vətəndaşı rəsmi qeydiyyatdadır.
Bu barədə AzVision.az -ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, onlardan 69%-i kişi, 31%-i qadındır.İİV-ə yoluxan şəxslərdən 602-si (98%) Azərbaycan vətəndaşları, 13 (2%) isə əcnəbilər olub.

Ümumilikdə, İİV-ə yoluxma daha çox 25-49 yaş aralığında olan insanlar arasında müşahidə olunur.

Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkarlandığı gündən,yəni 1987-ci ildən bu günə qədər İİV-infeksiyasından dünyasını dəyişən Azərbaycan vətəndaşlarının sayı 1234 nəfər olub. Onlardan 1032 (84%) nəfəri kişi, 202 (16%) nəfəri qadınlar olub. Ölüm halları daha çox inyeksion narkotik istifadəçisi olan kişilər arasında qeydə alınıb.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti