"Qarabağ"ın Çempionlar Liqasında rəqibləri bəlli oldu - SİYAHI

"Qarabağ"ın Çempionlar Liqasında rəqibləri bəlli oldu - SİYAHI
  10 May 2014    Oxunub:1187
Azərbaycan Premyer Liqasında sona iki tur qalmış çempionluğunu rəsmiləşdirən "Qarabağ" futbol klubu 2014/2015 mövsümündən ölkəmizi Çempionlar Liqasında təmsil edəcək.

AzVision.az xəbər verir ki, mübarizəyə II təsnifat mərhələsindən qoşulacaq Ağdam təmsilçisinin potensial rəqiblərindən bəzilərinin kimliyi müəyyənləşib.

I təsnifat mərhələsi
Səpələnmişlər:
“Levadiya” (Estoniya), “Havnar Boldfelaq” (Farer adaları), “Santa Koloma” (Andorra)

Səpələnməmişlər:
“Linkoln” (Cəbəllütariq), Ermənistan və San-Marino çempionları

II təsnifat mərhələsi
Səpələnmişlər:
"Styaua" (Rumıniya), “Seltik” (Şotlandiya), BATE (Belarus), “Sparta” (Çexiya), “Dinamo” (Xorvatiya), “Ludoqorets” (Bolqarıstan), “Makkabi” (Təl-Əviv. İsrail), “Şerif” (Moldova), “Aktobe” (Qazaxıstan), “Ventspils” (Latviya), “Qarabağ” (Azərbaycan), HİK (Finlandiya)

Səpələnməmişlər:

“Sent Patriks” (İrlandiya), “Skenderbeu” (Albaniya), “Valletta” (Malta), “Zrinski” (Bosniya və Hersoqovina), “Kliftonvill” (Şimali İrlandiya), “Jalgiris” (Litva), Makedoniya, Monteneqro və Lüksemburq çempionları, I təsnifat mərhələsinin 3 qalibi

Qeyri-müəyyənlər:
"Malmö" (İsveç), "Reykravikur" (İslaniya), “Stromsqodset” (Norveç), TNS (Uels), Polşa, Serbiya, Slovakiya, Macarıstan, Sloveniya və Gürcüstan çempionları (anspress)


Teqlər:





Xəbər lenti