Vətənə xəyanət edən gəmi kapitanının etirafları - VİDEO
O bildirib ki, dənizdə olan bütün gəmilərə gələn hərbi əməliyyatlar barədə məlumatları İran xüsusi xidmət orqanlarına çatdırıb: “Vətən müharibəsi dövründə İran tərəfinin nümayəndələri bizim Türkiyədən aldığımız PUA-lar, hərbi obyektlərin yerini soruşurdular. O zaman mənə məlum oldu ki, İran bunu Ermənistana ötürmək üçün istəyir”.
Z.Əsgərov İranın Qum şəhərində dini təhsil aldığı müddətdə maddi maraq müqabilində adıçəkilən ölkənin xüsusi xidmət orqanı nümayəndələri tərəfindən məxfi əməkdaşlığa cəlb edilib. O, ötən dövr ərzində onların tapşırığı ilə Azərbaycan Respublikasının suverenliyi və müdafiə qabiliyyətinin zərərinə istifadə etmək üçün xarici dövlətlərin ölkəmizdə fəaliyyət göstərən şirkət və nümayəndəlikləri, Xəzər dənizində Hərbi Dəniz Qüvvələrinin keçirdiyi təlimlərin yeri və vaxtı, neft platformalarına daşınan yüklər barədə məlumatlar toplayıb. Zahir Əsgərov sözügedən məlumatları mobil telefon vasitəsilə, eləcə də İranda həmin şəxslərlə görüşlər zamanı bilavasitə təqdim etməklə casusluq formasında dövlətə xəyanət edib.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


