Bu il Bakı Limanı ilə nə qədər yükün aşırılması gözlənilir?

Bu il Bakı Limanı ilə nə qədər yükün aşırılması gözlənilir?
  14 Noyabr 2022    Oxunub:661
Bu ilin sonuna Bakı Limanı vasitəsilə 6 milyon tona yaxın yükün aşırılması gözlənilir.
AzVision.az xəbər verir ki, bunu "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin Strateji planlaşdırma və inkişaf departamentinin müdiri Xudayar Həsənli deyib. O bildirib ki, bu da ötən illə müqayisədə 10-12 faizdən çox artım deməkdir.

X.Həsənli qeyd edib ki, Bakı Limanında aşırılan minik avtomobillərinin sayının artması Rusiya-Ukrayna müharibəsi ilə əlaqədardır: "Ənənəvi olaraq minik avtomobilləri Rusiya üzərindən Orta Asiyaya daşınıb. Hazırda isə minik avtomobilləri Azərbaycan üzərindən Orta Asiyaya daşınır".

Qeyd edək ki, bu il Bakı Limanı vasitəsilə aşırılan minik avtomobillərinin sayı 6 dəfə artıb.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti