Bakı Limanında 30 milyonluq layihə həyata keçirilir
-1668426105.jpg)
Şirkət rəsmisi Limanda başqa layihələrin də olacağını qeyd edib:
"Həmçinin Azərbaycanda başqa layihələrimizi icra edəcəyik".
H.Öncü Bakı Limanına yatırılacaq investisiya çərçivəsində 4 milyon ABŞ dolları dəyərində mobil kran aldıqlarını qeyd edib:
"Kranın bəzi hissələri gətirilib və tam quraşdırıldıqdan sonra 84 ton həcmində yükü qaldıra biləcək".
Xatırladaq ki, bu ilin iyulunda "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC ilə holdinq arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, tərəflər Bakı Limanının texniki imkanlarının yaxşılaşdırılması, daha çox yükün cəlb edilməsi, eyni zamanda yüklərin operativ formada aşırılması və sair bu kimi sahələrdə sıx əməkdaşlıq edəcəklər. Əldə edilmiş yeni razılığa görə isə “Albayrak” Bakı Limanı ilə birgə “Ro-Ro” və “Gübrə” terminallarında fəaliyyət göstərəcək.
Aytən Zəhra
AzVision.az
Teqlər: