Yaponiyanın baş nazirindən Çinə ağır ittiham

Yaponiyanın baş nazirindən Çinə ağır ittiham
  14 Noyabr 2022    Oxunub:856
Yaponiyanın baş naziri Fumio Kisida Kambocada keçirilən Şərqi Asiya Sammitində çıxışı zamanı Çini Tokionun Şərqi Çin dənizindəki suverenliyini pozan hərəkətlərdə ittiham edib.
AzVision.az xəbər verir ki, bu barədə “Kyodo” nəşri bildirib. Belə ki, Kisida Çin gəmilərinin Senkaku adaları yaxınlığında - mülkiyyət hüququ Çin və Yaponiya tərəfindən mübahisələndirilən arxipelaqın yaxınlığındakı sulara daxil olmasını nəzərdə tutub.

Yaponiya lideri həmçinin əlavə edib ki, Tayvan ətrafında sabitlik regionda təhlükəsizliyə təsir edən mühüm məsələdir. Avqust ayında Tayvan yaxınlığındakı təlimlər çərçivəsində Çin Yaponiyanın Okinava prefekturasına aid olan Ryukyu arxipelaqının Hateruma adasının cənub-qərbinə düşən ballistik raketləri atıb.

AzVision.az


Teqlər:





Xəbər lenti