Hollivud Bakı neftindən film çəkəcək

Hollivud Bakı neftindən film çəkəcək
  09 Aprel 2013    Oxunub:1920
Hollivud büdcəsi 100 milyon dollar olan və Bakı neftinin tarixindən bəhs edən film çəkəcək.
Hollivudda neft uğrunda qlobal mübarizə fonunda Bakı neft sənayesindən bəhs edən sənədli film çəkiləcək. Bakı neft sənayesi haqqında bu səviyyədə bir işin ortaya qoyulması Nobel İrsi Fondunun sədri Toğrul Bağırovun əməyinin bəhrəsidir.

“Film “Böyük oyun” və ya “Neft müharibələri” adlanacaq və Bakı neftinin hər zaman diqqət və mübarizə obyekti olmasından bəhs edəcək”,-deyə Bağırov bildirib.

Filmin əsasında Bağırovun müəllifi olduğu “neft uğrunda qlobal mübarizə” amilinin tarixi analizi dayanır. Filmin ssenarisi adı hələ açıqlanmayan məşhur Hollivud müəllifi tərəfindən yazılıb və Amerikanın aparıcı kinostudiyaları ilə danışıqlarla artıq başlayıb.

Büdcəsi 100 milyon dollar olan filmin çəkilişlərinin bu ilin sonunda başlanacağı və film üzərində işin gələn ilin sonunda bitəcəyi gözlənilir. (1news.az)



Teqlər:  





Xəbər lenti