Sabahdan şagirdlərin payız tətili başlayır

   Sabahdan şagirdlərin payız tətili başlayır
  15 Noyabr 2022    Oxunub:814
Sabahdan, noyabrın 16-dan 2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrində beşgünlük payız tətili başlayır.
AzVision.az xəbər verir ki, payız tətili noyabrın 20-dək davam edəcək.

Bu tətil ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.

Növbəti tədris günü noyabrın 21-dir.

Qeyd edək ki, payız tətili “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli 66 nömrəli Qərarının tələblərinə uyğun olaraq müəyyən edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti