Qarabağda 7 qazanxana işə salınıb

Məlumata görə, qurum işğaldan azad edilmiş ərazilərimizdə enerji infrastrukturunun bərpası və yenidən qurulması ilə Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin "Şəhərsalma" və “Enerji təminatı məsələləri” İşçi Qrupunun fəaliyyətində təmsil olunmaqla Baş Planların müzakirələrində və istilik infrastrukturunun yaradılması ilə bağlı təkliflərin hazırlanmasında fəal iştirak edir.
Ölkə prezidentinin 8 may 2021-ci il tarixli “Şuşa şəhərində istilik təchizatı sisteminin layihələndirilməsi, tikintisi və quraşdırılması ilə bağlı tədbirlər haqqında" Sərəncamının icrası ilə əlaqədar Energetika Nazirliyi və dövlət başçısının Şuşa rayonunda xüsusi nümayəndəsi ilə razılaşdırılmaqla işlər görülür. Nazirlər Kabinetinin 21 iyun 2022-ci il tarixli sərəncamına ilə "İşğaldan azad edilmiş ərazilərdə 2022- 2026-cı illərdə yaşıl enerji zonasının yaradılması üzrə Tədbirlər Planı" təsdiq edilib və "Optimal istilik və isti su təchizatı sistemlərinin seçilməsi və müvafiq infrastrukturun qurulması ilə bağı təkliflərin hazırlanaraq təqdim edilməsi" "Azəristiliktəchizat"a həvalə edilib.
AzVision.az
Teqlər: