Cibgirlik edən üç qardaş tutuldu

Cibgirlik edən üç qardaş tutuldu
  15 Noyabr 2022    Oxunub:520
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində paytaxt ərazisində ictimai nəqliyyatda cibgirlikdə məşğul olan 3 qardaş yaxalanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a verilən xəbərə görə, Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müxtəlif vaxtlarda paytaxtın Yasamal və Nəsimi rayonları ərazilərində marşrut avtobuslarında 6 nəfərin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakinləri, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 3 qardaş - Elnur, Faiq və Ruslan Süleymanovlar müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti