"O, rusların yeni "stalinçi" hərbi lideridir" - ISW

   "O, rusların yeni "stalinçi" hərbi lideridir" -    ISW
  15 Noyabr 2022    Oxunub:991
Rusiyalı oliqarx və “Vaqner” ÖHŞ-nin (Özəl Hərbi Şirkət-red.) sahibi Yevgeni Priqojin rus nasistləri arasında görkəmli şəxsiyyətə çevrilməklə özünü “stalinçi” hərbi lider kimi göstərmək istəyir.
AzVision.az xəbər verir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında məlumat verilib. Analitiklər qeyd ediblər ki, Priqojin “ Rusiya xalqının xaini ” adlandırdığı muzdlu əsgərin edam edilməsi videosunu istehza ilə şərh edib. O, “ satqınların ” qətliamını da dəstəkləyib.

"Putinin aşpazı" Rusiyanın yeni liderinə çevrilir
Bildirilir ki, məlum açıq edam səhnəsi rus nasistləri arasında müsbət reaksiyaya səbəb olub. ISW-nin məlumatına görə, bəziləri hətta bunu bolşevik Leon Trotskinin öldürülməsi ilə müqayisə ediblər.

O da vurğulanır ki, Priqojin öz davranışları ilə Stalinçi repressiv mirasın tərəfdarları arasında nüfuzunu artırmağa çalışır. O məhz bu yolla Rusiya daxilində öz təsir imkanlarını gücləndirmək istəyir.

Hesabatda yazılıb ki, hətta Priqojin ondan özünün qoşunlarının rus poliqonlarında təlim keçib-keçməyəcəyini soruşduqda Rusiya bürokratiyasını açıq şəkildə ələ salıb. Çünki bu amil onun səlahiyyətində olan hərbi birləşmələrin azadlığını daha da gücləndirəcək. Analitiklər hesab edirlər ki, Priqojinin siyasi arenadakı ehtiyatsız şıltaqlıqları Putin rejimində misli görünməmiş bir haldır.

Qeyd edək ki, "Vaqner" ÖHŞ Sankt-Peterburqdan olan iş adamı Yevgeni Priqojin ilə əlaqəli qeyri-rəsmi silahlı birləşmələrdən ibarətdir. Qrupa daxil olan muzdluların Konqo Demokratik Respublikası, Sudan, Suriya, Liviya, Madaqaskar, Anqola, Qvineya, Qvineya-Bisau, Mozambik, Zimbabve və Mərkəzi Afrika Respublikası (MAR) da daxil olmaqla bir sıra Afrika ölkələrində təhlükəsizlik xidmətləri göstərdikləri güman edilir. Bəzi məlumatlara görə, onlar Suriyadakı, Donbas bölgəsindəki hərbi əməliyyatlarda da iştirak ediblər və prezident Ömər əl-Bəşirə dəstək vermək üçün Sudana göndəriliblər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Nasist  





Xəbər lenti