Ərə verilən 14 yaşlı qızın valideyni polisə çağırıldı
Məsələ ilə bağlı DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun inspektoru Eşqin Qasımov bildirib ki, yayılan məlumatlarla bağlı araşdırmalara başlanılıb: “Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları rayonda nişan mərasimi olduğu bildirilən yeniyetmə qızın evində olublar. Qızın ailəsi hələlik elçilik mərasimi keçirildiyini, yaxında isə nişan olacağını deyib. Yeniyetmənin valideynləri isə toy mərasiminin qanunun tələbinə uyğun olaraq qızlarının 18 yaşı tamam olduqdan sonra keçiriləcəyini bildiriblər. Qızın və oğlanın valideynləri Polis Şöbəsinə dəvət olunub, onlarla profilaktik söhbət aparılacaq”.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


