Bayden Ərdoğana başsağlığı verdi - FOTOLAR+VİDEO

   Bayden Ərdoğana başsağlığı verdi -    FOTOLAR+VİDEO
  15 Noyabr 2022    Oxunub:993
Prezident Rəcəb Tayyib Ərdoğan İndoneziyanın Bali adasında keçirilən G20 Liderlər Zirvəsi çərçivəsində ABŞ prezidenti Co Bayden ilə görüşüb. Təkbətək görüşün gündəliyi ilə bağlı təfərrüatlar açıqlanıb.
Bildirilib ki, ABŞ prezidenti Bayden İstiqlal küçəsində baş verən terror aktında həyatını itirənlərə görə prezident Ərdoğana başsağlığı verib. Digər tərəfdən Bayden, Ukrayna limanlarından taxıl daşımalarının bərpasına imkan yaradan səylərinə görə Ərdoğana təşəkkür edib.

Görüşün gündəmində olan Türkiyə ilə ABŞ arasında F-16 prosesinə gəlincə, Bayden administrasiya olaraq dəstəyini davam etdirəcəyini bildirib.

Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğanın G20-də diplomatik görüşləri davam edir.







Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti