Azərbaycan gübrəsinin ixrac coğrafiyası genişlənir

2019-cu ildə fəaliyyətə başlamış Karbamid Zavodu azot gübrəsi idxalından asılılığın aradan qaldırılmasında, yerli fermerlərin tələbatının ödənilməsində mühüm rol oynayır. Zavodda istehsal olunan məhsullar “Made in Azerbaijan” brendi ilə 15-dən çox ölkəyə ixrac edilir. İndiyə qədər müəssisədə 625 milyon manatlıq məhsul istehsal edilib ki, bunun da 85%-dən çoxu ixrac olunub.
AzVision.az
Teqlər: