"Avropaya gedən qaz təchizatını iki dəfə artırmaq fikrindəyik" - İlham Əliyev
Dövlət başçısı bildirib ki, Azərbaycanın və Avropa İttifaqının sədrliyi ilə bu günə qədər keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bir çox toplantılarında Albaniyanın nümayəndələri həmişə çox fəal iştirak ediblər: “Bu gün Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə də öz töhfəsini verir. Bu ilin iyul ayında Azərbaycanla Avropa Komissiyası arasında enerji sahəsində strateji əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb və bu memorandum əsasında biz 2027-ci ilə qədər Avropaya gedən qaz təchizatını iki dəfə artırmaq fikrindəyik. Və təbii ki, bu qaz Albaniya üzərindən keçəcək və beləliklə Avropanın enerji təhlükəsizliyinə əlavə dəstək və töhfə veriləcək”.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


