Müğənni arvadını öldürən Murad: "Qızlarım insan alverinin qurbanı ola bilər"

      Müğənni arvadını öldürən Murad:    "Qızlarım insan alverinin qurbanı ola bilər"
  15 Noyabr 2022    Oxunub:4483
2020-ci ilin sentyabrın 3-də Bakıda yerləşən moteldə həyat yoldaşı, müğənni Şəhanə Şamilovanı ailə-məişət və qısqanclıq münaqişəsi zəminində qətlə yetirən Murad Şamilov həbsxanadan məktubla AzVision.az -a müraciət edib.
Könüllü polisə təslim olan və 18 il müddətinə həbs cəzasına məhkum edilən M. Şamilov 3 övladının olduğunu bildirib. Böyük övladı olan oğlu məhkumun bacısının, azyaşlı iki qızı isə qayınanasının himayəsinə verilib. O, qızlarının taleyindən narahat olduğunu və onların məhkumun bacısının himayəsinə verilməsini xahiş edib.

"Mən atam və qardaşım olmadığına görə bütün mülki etibarnamələri böyük bacıma vermişəm. Və ondan xahiş etmişəm ki, mənim övladlarımı öz himayəsinə və qəyyumluğuna götürsün. O da aidiyyəti üzrə ərizə ilə Binəqədi RİH yanında Qəyyumluq və himayəçilik komissiyasına müraciət edib.

Komissiyasının sədri Aynur Abbbasova bacımı və keçmiş qaynanam Məmmədova Zəminə Təmiraz qızını qəbul edib. Hər iki tərəfi dinləyib. Və belə qərara gəlib ki, hadisədən əvvəl uşaqlar kiminlə yaşayırdısa, elə onlarla da qalsın. Beləliklə, oğlum bizimlə yaşadığı üçün bacıma, qızlar isə keçmiş qaynanam və həyat yoldaşımla yaşadığı üçün ona verilib.

Qaynanam bizim Binəqədidə ki, evimizdə qeydiyyatda idi. O, qətldən sonra məndən xəbərsiz qızları və özünü qeydiyatdan çıxartdırıb və Masallı rayonunun Mahmudabad kəndində qeydiyyata saldırıb.

Hadisə günündən etibarən mən iki qızımın nə səsini eşidirəm, nə də üzlərini görürəm. Nəyinki mən, hətta ölüm ayağında olan qoca anam, 3 bacım uşaqlara həsrət qalıblar. Biz isə humanist davranırıq, oğlumu bacılarının ad günlərində, yay tətilində kəndə getməyə və bacılarını görməyə icazə veririk.

Mən tutduğum əmələ görə peşmanam və cəzamla razıyam. İndi məni narahat edən məsələ qızlarımın yüngül həyat tərzi keçirən qaynanam Zəminə Məmmədli ilə birgə yaşamalarıdır. Günlərlə evə gəlməyən Zəminə Məmmədli illər əvvəl Türkiyədəki insan alveri əməliyyatından sonra Azərbaycana deportasiya edilib və Türkiyəyə daxil olmasına qadağa qoyulub. Belə bir insan mənim qızlarımı da qurbana çevirə bilər.

Mental dəyərə və qanuna görə, uşaq 3 nəfərin: əqli çatışmazlığı olan, içki və narkotik düşkini və əxlaqsızlığı real sübuta yetirilən insanların yanında qala bilməz. Mənim isə əlimdə keçmiş qaynanamın əxlaqsızlığını sübut edən videolar var. Belə olan halda qız övladlarımın onun yanında yaşaması real təhlükədir. Ona görə də dövlət qurumlarından xahiş edirəm ki, iki balaca qızı onun əlindən alıb, mənim bacımın hiayəsinə versinlər.

Məsələ ilə bağlı Binəqədi Rayon Məhkəməsinə müraciət etmişəm. Artıq məhkəmənin baxış və açılış iclası olub. Məhkəmə şurasının sədri Fikrət Məmmədovdan xahiş etmişəm ki, mənim və jurnalistlərin məhkəmədə iştirakı təmin edilsin. Hakim Məhəmməd Rüstəmli də xahişimin nəzərə alınacağını bildirib.

Biz həmçinin vəsatət qaldırmışıq ki, uşaqlar psixoloji-tibbi ekspertizadan keçsinlər. Artıq 3-cü ilə keçir ki, onlar təzyiq və təsir altındadırlar. Ata və bibi görmədikləri üçün, əlbəttə ki, nənəni istəyəcəklər. Halbuki mən ailəmə bağlı adam olmuşam, hər zaman uşaqlarımın qayğıları ilə yaxından maraqlanmışam.

İndi də məhkəmə prosesi gedir. Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Hacıbaba Babayevə, ikinci müavini Sevinc Süleymanovaya, Binəqədi RİH yanında Qəyyumluq və himayəçilik komissiyasının sədri Aynur Abbasova məktublar yazmışam.
Onlar cavab göndərirlər ki, "sən təhdid və söyüş yazırsan, ona görə səni məktubu oxunmayanların sırasına salırıq". Əlacsız qalıb Binəqədidən olan deputat Madər Musayevə məktub yazmışam. O bildirib ki, çalışacaq ki, bu işi araşdırsın. Mən işin şəffaf baş tutmasını istəyirəm.

Bacım Mediasiya Şurasına da müraciət edib. Qaynanm isə rədd cavabı verib".

Qeyd edək ki, Zəminə Məmmədli 2010-cu ildə ANS televiziyasında keçirilən “Toylar kraliçası” mahnı müsabiqəsinin qalibi olub.


Zəminə Məmmədli və Şahanə Şamilova



Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti