Nəbatat Bağı necə olacaq? - Layihə hazırlanır

"Nəbatət bağında artıq olan bütün tikililər sökülür. Yəni orada hazırda təmirə böyük hazırlıq işləri gedir. Təmir isə layihə qəbul edildikdən sonra başlayacaq. Artıq layihələrin qəbuluna başlanılıb. Müəyyən layihə seçildikdən sonra bu barədə ictimaiyyət məlumatlandırılacaq. Nəbatət bağının daha gözəl görkəm alması və insanların istirahəti üçün işlərə başlanılıb", -məlumatda qeyd edilib.
Mərkəzi Nəbatat Bağında təmir işlərinin nə zaman yekunlaşacağı barədə isə məlumat verilməyib.
Qeyd edək ki, parkın ərazisində aparılan abadlıq yenidənqurma və tikinti işləri ilə əlaqədar bura istirahətə gələn vətəndaşların təhlükəsizliyinin təminatı məqsədi ilə noyabrın 19-dan etibarən Mərkəzi Nəbatat Bağına ziyarətçilər üçün giriş bağlı olacaq.
Aytən Zəhra
AzVision.az
Teqlər: