Sabiq baş prokuror dəfn edildi

İ.Şirinov 24 iyul 1952-ci ildə Beyləqan rayonunda anadan olub. 1972-1977-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində ali təhsil alıb. AXC hakimiyyəti dövründə əvvəlcə dövlət müşaviri olub. Sonra baş prokuror (1992–1993-cü illərdə) vəzifəsində çalışıb. 1993-cü ilin iyun hadisələrində Gəncədə qiyamçı Surət Huseynovun komandası tərəfindən həbs olunub. 11 ay sonra məhkəmə cinayət işini xətm edib və azadlığa buraxılıb. O , son vaxtlara qədər Milli Konqres Partiyası adlı siyasi qurumun rəhbəri olub.
AzVision.az
Teqlər: