Əhalinin gəlirləri 20 faiz artıb

   Əhalinin gəlirləri 20 faiz artıb
  16 Noyabr 2022    Oxunub:581
2022-ci ilin yanvar-oktyabr aylarında ölkə əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən nominal ifadədə 20,4 faiz artaraq 56860,8 milyon manata çatıb.
Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) AzVision.az -a verilən məlumatda bildirilib.

Bu dövrdə əhalinin hər nəfərinə orta hesabla 5650,2 manatlıq gəlir düşüb. Əhalinin sərəncamında qalan gəlirləri 50850,8 milyon manat təşkil edib.

AzVision.az


Teqlər:





Xəbər lenti