Dubayda qəza: 13 ölü

Dubayda qəza: 13 ölü
  10 May 2014    Oxunub:1182
Dubayda “Əl-İmarat” sürət şosesində böyük avtomobil qəzası baş verib.
AzVision.az Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, yol qəzasında 13 nəfər ölüb, 16 nəfər yaralanıb.

Fəhlələri aparan avtobus yol kənarında dayanan yük maşınına çırpılıb. Hadisə nəticəsində şosesinin bir hissəsində hərəkət məhdudlaşıb.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərində belə böyük yol nəqliyyat hadisələri nadir hallarda baş verir. Bundan əvvəl belə böyük avtomobil qəzası ötən ilin fevral ayında Abu-Dabi şəhərində baş vermişdi. Həmin vaxt avtobusun yük maşınına çırpılması nəticəsində 22 nəfər ölmüşdü.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti