"Sülh müqaviləsinin imzalanması üçün tarixi imkan yaranıb" - ABŞ dövlət katibi

   "Sülh müqaviləsinin imzalanması üçün tarixi imkan yaranıb" -    ABŞ dövlət katibi
  16 Noyabr 2022    Oxunub:669
ABŞ-ın dövlət katibi Antoni Blinken Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün tarixi imkanın olduğunu açıqlayıb.
AzVision.az xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Antoni Blinken noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı bildirib.

Dövlət katibi ABŞ-ın bu istiqamətdə səylərini davam etdirəcəyini söyləyib.

Telefon danışığı əsnasında Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üzrə növbəti görüşün keçirilməsi və etimad quruculuğu tədbirlərinə dair fikir mübadiləsi aparılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti