"Qarabağa investisiya qoymaq istəyənlərin sayı 1300-dən çoxdur" - KOBİA

  "Qarabağa investisiya qoymaq istəyənlərin sayı 1300-dən çoxdur" -  KOBİA
  17 Noyabr 2022    Oxunub:795
İşğaldan azad edilmiş ərazilərdə layihələr həyata keçirməkdə maraqlı olan yerli və xarici investorlardan indiyədək KOBİA-ya təxminən 1300-dən çox müraciət daxil olub.
AzVision.az xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib. O bildirib ki, müraciətlərin 55 faizi xarici investor və bizneslərdən daxil olub:

"Xarici müraciətlər Avropa, Asiya və Amerika daxil olmaqla kifayət qədər geniş coğrafi landşaftı və 40-a yaxın ölkəni əhatə edir".

Aytən Zəhra
AzVision.az




Teqlər:





Xəbər lenti