Zəngilanda İrandan narkotik keçirilməsinin qarşısı alındı

   Zəngilanda İrandan narkotik keçirilməsinin qarşısı alındı
  17 Noyabr 2022    Oxunub:735
Noyabr ayının 15-də saat 19:20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Zəngilan rayonunun Baharlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
AzVision.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Araz çayının sahilində gizlədilmiş 1 ədəd bağlamanın içərisində təxmini çəkisi 8 kiloqram 500 qram narkotik vasitəyə bənzər maddə (marixuana) aşkar olunaraq götürülüb. Faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti