Rusiya ABŞ-la diplomatik əlaqələri kəsə bilər

   Rusiya ABŞ-la diplomatik əlaqələri kəsə bilər
  17 Noyabr 2022    Oxunub:512
“Moskva ABŞ-la diplomatik münasibətləri kəsmək istəmir”.
Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib. Amma o, diplomatik münasibətlərin kəsilə biləcəyini də istisna etməyib: “Əgər Vaşinqton Moskva ilə əlaqələrə ehtiyac olmadığı qərarına gəlsə, o zaman bu, baş verə bilər. ABŞ-da Rusiyaya qarşı düşmənlik var. Vaşinqton Moskvanı strateji məğlubiyyətə uğratmaq istəyir”.

S.Ryabkov, həmçinin söyləyib ki, Rusiya və ABŞ-ın START-3 üzrə ikitərəfli məşvərət komissiyasının iclası noyabrın 29-dan dekabrın 6-dək Misirin paytaxtı Qahirə şəhərində keçiriləcək.


AzVision.az


Teqlər:





Xəbər lenti