“FarmHer” layihəsi qadınların inkişafına töhfə verir |
Xüsusi antikorrupsiya proqramı Azercell-də artıq uzun müddətdir ki, icra edilir. Proqramın əsas istiqaməti Azercell-in fəaliyyətinin aid olduğu bütün sahələrdə korrupsiyanın qarşısının alınmasına xidmət etmək, biznes etikası davranışının təbliğini, bu yöndə əməkdaşlar və biznes tərəfdaşları üçün təlimlərin təşkil edilməsidir. Qeyd olunan standartların tələblərinə maliyyə və qeyri-maliyyə nəzarətinin tətbiqi, korrupsiya halları barədə məlumat verilməsi üçün kanalların yaradılması, pozuntu hallarının araşdırılması, əməkdaşlıq edilən biznes tərəfdaşlarının uyğunluq yoxlamasından keçirilməsi, həmin subyektlərdə korrupsiya riskinin azaldılması üzrə tədbirlərin görülməsi və s. aiddir.
ISO 37001 standartları Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən 2016-cı ildə dərc edilib və korrupsiyaya qarşı mübarizə sahəsində qlobal səviyyədə qəbul edilmiş yeganə standart hesab edilir.
Uyğunluq standartı üzrə Sertifikat Azercell-in Hüquq, Etika və Komplayens departamentinin direktoru Şirin Əliyevaya təqdim edilib. Ş.Əliyeva resertifikasiya mərhələsi zamanı şirkətdə korrupsiyanın qarşısının alınması istiqamətində görülən tədbirlərin ekspertlər tərəfindən yüksək qiymətləndirilməsini və Azercell-in ölkədə bu istiqamətdə uyğunluq sertifikatı alan ilk mobil operator olmasını da nəzərə çatdırdı.