Bu il sosial müavinətlər üzrə 661 milyon manat ödənilib

Əhaliyə sosial müavinətlər üzrə ötən ilin müvafiq dövrünə nisbətən 36 faiz çox olmaqla 661 mln. manat, Prezident təqaüdləri üzrə 29 faiz çox olmaqla 447 mln. manat ödənilib.
Bu ilin 10 ayında 189 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb. 2019-cu ildən keçən dövrdə müavinət və təqaüdlərin təyinatı da elektronlaşdırılıb və ötən dövrdə 409 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.
AzVision.az
Teqlər: