2023-cü il üçün ehtiyac meyarının həddi I oxunuşda təsdiqlənib

   2023-cü il üçün ehtiyac meyarının həddi I oxunuşda təsdiqlənib
  18 Noyabr 2022    Oxunub:626
Milli Məclisin bu gün keçirilən iclasında “2023-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.
AzVision.az xəbər verir ki, qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2023-cü il üçün ehtiyac meyarının həddi 246 manat məbləğində nəzərdə tutulur.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti