Azərbaycan İsrail və Fələstində səfirlik açır

   Azərbaycan İsrail və Fələstində səfirlik açır
  18 Noyabr 2022    Oxunub:2158
Azərbaycanın İsraildə səfirliyi təsis ediləcək.
AzVision.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə əlavə edilən "Azərbaycan Respublikasının İsrail Dövlətində (Tel-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsində əksini tapıb.

Azərbaycanın həmçinin Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisi təsis ediləcək. Bu barədə Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə əlavə edilən "Azərbaycan Respublikasının Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin təsis edilməsi haqqında" qanun layihəsində əksini tapıb.

AzVision.az


Teqlər:





Xəbər lenti