Qəbul imtahanlarının cədvəli dekabrın 15-nə qədər açıqlanacaq

   Qəbul imtahanlarının cədvəli dekabrın 15-nə qədər açıqlanacaq
  18 Noyabr 2022    Oxunub:773
İlin sonuna, dekabrın 15-nə qədər qəbul imtahanlarının cədvəlini hazırlayıb ictimaiyyətə təqdim edəcəyik.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

"Müxtəlif tədbirlər, yaxud hava şəraiti də tərəfimizdən nəzərə alınacaq. Hazırda bunun üzərində iş gedir. Dediyimiz kimi, ilin sonuna doğru, dekabrın 15-nə qədər cədvəli Elm və Təhsil Nazirliyi ilə razılaşdırıb, ictimaiyyətə təqdim edəcəyik".

AzVision.az



Teqlər:





Xəbər lenti