Ağdaşda qanunsuz yerləşdirilən reklam lövhələri sökülüb

Ağdaşda qanunsuz yerləşdirilən reklam lövhələri sökülüb
  18 Noyabr 2022    Oxunub:920
Ağdaşda 10-dan çox abidənin üzərində qanunsuz yerləşdirilən reklam lövhələri sökülüb.
Bu barədə AzVision.az -a Mədəniyyət Nazirliyi yanında Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, Xidmətin Qəbələ Regional İdarəsinin əməkdaşları tərəfindən Ağdaş şəhərində yerləşən tarix-memarlıq abidələrinə edilən qanunsuz müdaxilələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması məqsədi ilə monitorinq həyata keçirilib.

Monitorinq zamanı 10-dan çox abidənin üzərində qanunsuz yerləşdirilən reklam lövhələrinin obyekt sahibləri tərəfindən sökülməsi təmin olunub: "Bir daha mülkiyyətində və ya icarəsində tarixi abidələr olan şəxsləri abidələrimizin, eləcə də şəhərlərimizin estetik görünüşünün qorunmasına və gələcək nəsillərə tam şəkildə çatdırılmasına həssas yanaşmağa çağırırıq".





AzVision.az


Teqlər:





Xəbər lenti