Bakıda polis ticarət mərkəzlərinə, marketlərə bu elanı vurdu

Bu təşəbbüs isə Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi tərəfindən həyata keçirilib. Elanda deyilir:
“Vətəndaşların diqqətinə! Son zamanlar bəzi işbazlar müxtəlif saytlarda kirayə ev, mobil telefon satışı, işə düzəltmək, müxtəlif xidmətlərlə bağlı saxta elan yerləşdirməklə vətəndaşların etibarından sui-istifadə edirlər. Xahiş olunur bu kimi şəxslərə etibar edib bank kartına və ya hər hansı bir hesab nömrələrinə pul göndərməyin”.
AzVision.az
Teqlər: