Salyanda yaşlı kişi bıçaqlanaraq öldürülüb

Salyanda yaşlı kişi bıçaqlanaraq öldürülüb
  18 Noyabr 2022    Oxunub:874
Salyanda kişi meyiti tapılıb.

AzVision.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, noyabrın 18-də axşam saatlarında Salyan rayonu Xocalı kəndində üzərində bıçaq xəsarətləri olan 60-65 yaşlı naməlum kişi meyiti tapılıb.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

AzVision.az



Teqlər:





Xəbər lenti