Hava limanında sərnişində tapança aşkarlandı

Hava limanında sərnişində tapança aşkarlandı
  19 Noyabr 2022    Oxunub:2770
Heydər Əliyev Beynəlxalq Aeroportunda uçuşdan əvvəl yoxlama zamanı sərnişinlərdən birindən “Makarov” tipli tapança götürülüb.
Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, silah “Azərbaycan Hava Yolları” QSC-nin Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin əməkdaşları tərəfindən aşkar edilib.

Hadisə sənədləşdirilib, sərnişin əlavə araşdırma aparılması üçün hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verilib.

AzVision.az


Teqlər:





Xəbər lenti