İran Azərbaycanda edə bilmədiklərini Gürcüstanda reallaşdırmağa çalışır

İran Azərbaycanda edə bilmədiklərini Gürcüstanda reallaşdırmağa çalışır
  19 Noyabr 2022    Oxunub:1032
Azərbaycanda İran təbliğatının, tərəfdar qruplarının və casus şəbəkəsinin fəaliyyəti getdikcə məhdudlaşdırılarkən, qonşu Gürcüstanda vəziyyət fərqlidir.
AzVision.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. O, qeyd edib ki, Gürcüstan hakimiyyəti İranın dini təbliğatına sanki loyal yanaşır, bunun qarşısını almaq üçün gərəkli addımlar atmır.

"İranın müxtəlif fondları Gürcüstanda rahat fəaliyyət göstərir və azərbaycanlılar arasında təbliğatı gücləndirmək imkanına malikdirlər. İranın siyasi və dini dairələri Azərbaycanda edə bilmədiklərini Gürcüstanda həyata keçirməyə çalışırlar. Gürcüstan hakimiyyəti ya təhlükənin miqyasını anlamır, ya da ölkə müsəlmanları arasında məzhəb qarşıdurmasını gücləndirməklə proseslərə daha rahat nəzarət edəcəyini düşünür", - ekspert qeyd edib.

Tural Tağıyev
AzVision.az



Teqlər: İran   Gürcüstan  





Xəbər lenti