"Avropadan gələn birtərəfli əxlaq dərsi ikiüzlülükdür" - İnfantino

"Avropadan gələn birtərəfli əxlaq dərsi ikiüzlülükdür" -    İnfantino
  19 Noyabr 2022    Oxunub:686
FİFA prezidenti Canni İnfantino sabah Qətərdə start götürüləcək DÇ-2022-də miqrant işçilərin hüquqlarına görə Avropanın narahatlığını ikiüzlülük adlandırıb.
AzVision.az xəbər verir ki, o, bu barədə açıqlamasında deyib: “Əgər avropalılar həqiqətən bu insanların taleyi ilə maraqlanırlarsa, o zaman onlar qanuni kanallar yarada bilərlər ki, bu işçilər Avropaya köçüb daha yaxşı iş tapsınlar. Onlara bir az gələcək, bir az ümid verin. Avropadan gələn bu birtərəfli əxlaq dərsi sadəcə olaraq ikiüzlülükdür. Maraqlıdır, Qətərin 2016-cı ildən bəri əldə etdiyi irəliləyişi niyə heç kim tanımır? Tənqidi anlamaq mənim üçün çətindir. Biz bu insanlara kömək etməyə, təhsilə sərmayə qoymalı və onlara daha yaxşı gələcək və daha çox ümid verməliyik. Çox şey mükəmməl deyil, lakin islahatlar və dəyişikliklər vaxt tələb edir".

FİFA Dünya Kuboku ilk dəfə Yaxın Şərqdəki bir ölkədə keçiriləcək. Turnirin Qətərdə keçirilməsi insan haqlarının pozulması, əmək miqrantlarının aşağı maaşı və dünya çempionatının təşkili ilə bağlı geniş tənqidlərə məruz qalıb. Turnir sabah, noyabrın 20-də start götürəcək. Açılış oyununda ev sahibi Qətər millisi ilə Ekvador ilə qarşılaşacaq.

AzVision.az



Teqlər: FİFA  





Xəbər lenti