Prokurorluğun beynəlxalq təşkilatlarla əməkdaşlığı davam edir

İclasda Şəbəkənin illik iş planının icra vəziyyəti, birinci iclasdan hazırkı dövrə qədər olan müddət ərzində korrupsiyaya qarşı mübarizə sahəsində əldə olunmuş nailiyyətlər, korrupsiyaya qarşı mübarizə aparan orqanlar arasında qarşılıqlı hüquqi yardımın səmərəliliyinin artırılması, müvafiq sorğuların cavablandırılması prosesinin sürətləndirməsinin təmin edilməsi məqsədilə yaradılmış Təhlükəsiz Rabitə Platformasının (Secure Communication Platform) funksiyalarının genişləndirilməsi və digər bu kimi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Görüş zamanı nümayəndələrimiz Azərbaycan Respublikasının Prokurorluğu tərəfindən beynəlxalq əməkdaşlığın ayrı-ayrı sahələri və həmin münasibətlər çərçivəsində görülmüş işlər, korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş mütərəqqi islahatlar, sözügedən sahədə hüquq mühafizə orqanlarının qarşılıqlı fəaliyyəti və digər məsələlər barədə iştirakçıları məlumatlandırıblar.
Bundan başqa, iclas zamanı nümayəndələrimiz GlobE Katibliyinin rəsmiləri və eləcə də iştirakçı dövlətlərin nümayəndələri ilə görüşlər keçirərək korrupsiyaya qarşı mübarizənin müxtəlif aspektləri üzrə müzakirələr aparıblar.
AzVision.az
Teqlər: