Raket hücumunda 8 təhlükəsizlik əməkdaşı yaralanıb” - Türkiyə DİN
“Bu gün PKK/PYD terror təşkilatı Tel Rıfat bölgəsindən (Suriya - red.) Kilis Öncüpınar sərhəd keçid-məntəqəsində yerləşən Polis Özəl Hərəkat Qərargahına reaktiv yaylım atəş sistemi ilə hücum gerçəkləşdirib. Hücum nəticəsində 1 komissar və 6 polis əməkdaşı olmaqla 8 təhlükəsizlik işçisi yaralanıb”, - Türkiyə DİN açıqlayıb.
***
18:56
Türkiyənin Kilis şəhərindəki Öncüpınar sərhəd-keçid məntəqəsi bölgəsinə (Suriya) raket hücumu edilib.
Bu barədə AzVision.az Anadolu”ya istinadən xəbər verir.
İlkin məlumata görə, 1 hərbçi, 2 özəl hərəkat polisi yaralanıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


