Yeni partiyalara üzvlərinin sayını 5 minə çatdırmaq üçün 6 ay vaxt veriləcək

   Yeni partiyalara üzvlərinin sayını 5 minə çatdırmaq üçün 6 ay vaxt veriləcək
  21 Noyabr 2022    Oxunub:642
“Siyasi partiyalar haqqında” yeni qanunun qəbulundan sonra üzvlərinin sayını 180 gün ərzində 5 min nəfərə çatdıra bilməyən dövlət qeydiyyatına alınmış partiyaların ləğvi barədə apellyasiya məhkəməsində iddia qaldırılacaq.
Bu, “Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni redaksiyasında əksini tapıb. Yeni redaksiyaya əsasən, bu qanun qüvvəyə minənədək dövlət qeydiyyatına alınmış siyasi partiya bu Qanunun qüvvəyə mindiyi tarixdən 180 gün müddətində üzvlərinin sayının 5 min nəfərə çatdırılması üçün tədbirlər görür və üzvlərinin reyestrini tərtib edərək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edir.

Qeyd edək ki, qanun layihəsinin ilkin versiyasına əsasən, yeni qanun qüvvəyə minənədək dövlət qeydiyyatına alınmış siyasi partiya bu qanunun qüvvəyə mindiyi tarixdən 90 gün müddətində üzvlərinin sayının azı 10 min nəfərə çatdırılması üçün tədbirlər görməli və üzvlərinin reyestrini tərtib edərək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim etməli idi.

AzVision.az



Teqlər:



Xəbər lenti