Bakıda “NATO günləri” keçirilir

Bakıda “NATO günləri” keçirilir
  21 Noyabr 2022    Oxunub:737
Müdafiə Nazirliyi ilə NATO arasında 2022-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində Bakıda “NATO günləri”nə start verilib.
Bu barədə AzVision.az -a MN-dən məlumat verilib. Məlumata görə, “NATO günləri” çərçivəsində ölkəmizdə səfərdə olan NATO-nun Müttəfiq Qüvvələrin Avropada Baş Qərargah rəisinin müavini kontr-admiral Qunnşteyn Brusdalın başçılıq etdiyi nümayəndə heyətinin bir sıra görüşləri nəzərdə tutulub.

Noyabrın 25-dək keçiriləcək “NATO günləri” çərçivəsində müxtəlif mövzularda brifinqlər təqdim olunacaq.

AzVision.az


Teqlər:



Xəbər lenti